ABŞ Azərbaycan və Ermənistan arasında diplomatik nizamlanma üzərində işləməyə davam edir.
Trend-in çərşənbə axşamı verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.
NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün mümkünlüyünə gəlincə, Miller heç bir açıqlama verməyib.
"Biz diplomatik nizamlanma üzərində işləməyə davam edirik", - deyə o bildirib.
Qeyd edək ki, iyulun 9-dan 11-dək ABŞ-ın paytaxtı Vaşinqtonda NATO-ya üzv 32 ölkənin, tərəfdaş ölkələrin və Avropa İttifaqının iştirakı ilə NATO sammiti keçiriləcək.
“Ukrayna və Transatlantik Təhlükəsizlik” mövzusunda keçirilən tədbir həm də NATO-nun 75 illiyinə həsr olunub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sammitdə iştirak edəcək. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Bakıda keçirdiyi brifinqdə dediyi kimi, dövlət katibi Blinken Ermənistan və Azərbaycan da daxil olmaqla NATO-nun bütün tərəfdaşları üçün tədbir keçirir.