Ermənistan XİN: Mirzoyanla Ceyhun Bayramov arasında Vaşinqtonda görüş nəzərdə tutulmayıb

Ermənistan XİN: Mirzoyanla Ceyhun Bayramov arasında Vaşinqtonda görüş nəzərdə tutulmayıb backend

Ermənistan Xarici İşlər Nazirliyi Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüşün keçirilməsi ilə bağlı razılığın olmadığını açıqlayıb.

"Report"un məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-də işgüzar səfərdədir. Səfər çərçivəsində nazirin Vaşinqtonda keçiriləcək NATO sammitində iştirakı, eləcə də bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

Diaspora