NATO münaqişədə Kiyevə dəstək missiyasına başlayacaq, bu barədə Şimali Atlantika Alyansının qətnamə layihələrində göstərilir.
Qaziler.az bildirir ki, bununla bağlı Macarıstanın xarici işlər naziri Peter Siyarto öz “Facebook” səhifəsində məlumat verib.
“NATO Ukraynaya dəstək missiyasına başlayacaq. Biz bu işdə iştirak etmirik: biz silah vermirik, hərbi personal vermirik, maliyyələşmədə iştirak etmirik”, - o vurğulayıb.
Sziyarto əlavə edib ki, münaqişənin sülh yolu ilə həlli zəruridir, bu baxımdan Macarıstan baş nazir Viktor Orbanın Kiyevə, Moskvaya və Vaşinqtona getməklə “missiyasına” başlayıb.
QAZİLER.AZ