Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib ki, Hindistan dünyada bütün münaqişələrin həlli üçün yalnız dinc yolların və dialoqun uyğun olduğuna əmindir.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
O qeyd edib ki, son beş ildə dünya əvvəlcə koronavirus pandemiyası, sonra isə müxtəlif münaqişələr səbəbindən çoxsaylı problemlərlə üzləşib.
“Raketlər və mərmilər problemlərin həlli üçün uyğun deyil. Biz əminik ki, dialoqun yalnız sülh yolu lazımdır”, - Modi bildirib.
O, həmçinin bəyan edib ki, Hindistan Ukraynada vəziyyətin sabitləşməsi və münaqişənin həlli üçün hər cür yardıma hazırdır.
Qeyd edək ki, Hindistanın Baş naziri iyulun 8-də Rusiyaya səfərə gedib.
QAZİLER.AZ