Ermənistan parlamentinin sədri Alen Simonyan iyulun 12-də Sankt-Peterburqda keçiriləcək MDB ölkələrinin Parlamentlərarası Assambleyasında iştirak etməyəcək.
Qaziler.az xəbər verir ki, bu barədə spikerin köməkçisi Moves Harutyunyan öz “Facebook” səhifəsində məlumat verib.
“Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan MDB Parlamentlərarası Assambleyasında iştirak etməyəcək”, - Moves yazıb.
Bundan əvvəl Simonyan bəyan etmişdi ki, Ermənistan tezliklə Aİ-yə üzv olmaq zərurətinə dair referendum keçirə bilər.
QAZİLER.AZ