Macarıstanın baş naziri Viktor Orban Rusiyaya səfərindən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa İttifaqı liderlərinə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar barədə məktub yazıb. O, əmin edib ki, səfər zamanı nə Avropa İttifaqı, nə də Avropa Şurası adından təkliflər irəli sürməyib, hər hansı fikir bildirməyib.
Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın “European Pravda” nəşri məlumat yayıb.
Aİ-nin ali siyasi orqanı olan Avropa Şurasına sədrlik iyul ayından altı ay müddətinə Macarıstana keçib. Avropa diplomatiyasının rəhbəri Cozef Borrell qeyd edib ki, Orbanın Avropa İttifaqı adından Rusiya ilə danışıqlar aparmaq səlahiyyəti yoxdur. Macarıstanın baş naziri isə məktubunda bu iddiaları “əsassız” adlandırıb.
QAZİLER.AZ