Qalib gəlsəm, Rusiya ilə bağlı ilk qadağa... - Le Pen

Qalib gəlsəm, Rusiya ilə bağlı ilk qadağa... - Le Pen backend

Əgər Emmanuel Makron Ukraynaya qoşun yeritmək istəsə və baş nazir buna qarşıdırsa, o zaman Ukraynada qoşun olmayacaq. Son sözü baş nazir deyir.

QAZÌLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bunu Fransanın Milli Birlik Partiyasının sədri Marin Le Pen bazar günü keçiriləcək parlament seçkilərinin ikinci turunda qalib gələcəyi təqdirdə atacağı addımlar haqda danışarkən deyib.

Le Pen həmçinin əmin edib ki, o, Kiyevə Fransanın verdiyi raketlərlə Rusiya ərazisini vurmaq icazəsini dərhal ləğv edəcək.

Onun sözlərinə görə, Ukrayna üçün yeganə “qırmızı xətt” Rusiya ərazisindəki hədəflərə qarşı Fransanın uzaqmənzilli raketlərindən istifadə etməklə Fransanı münaqişənin ortağına çevirməkdir.

Diaspora