Orban Putinlə görüşdüyü üçün vəzifəsindən məhrum ola BİLƏR

Orban Putinlə görüşdüyü üçün vəzifəsindən məhrum ola  BİLƏR backend

Almaniya parlamentinin (Bundestaq) aşağı palatasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Mixael Rot Macarıstanın baş naziri Viktor Orbanı Moskvaya səfərinə görə Avropa İttifaqı Şurasına sədrlikdən məhrum etməyə çağırıb.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

"Ya Macarıstan hökuməti Aİ-dəki hazırkı roluna hörmətlə yanaşmalı, ya da prezidentlikdən istefa verməlidir", - Rot deyib.

Parlamentari əmindir ki, səfərini “sülh missiyası” adlandıran Orban Avropa İttifaqının xarici siyasətinin əsas prinsiplərini pozub.

Qeyd edək ki, iyulun 5-də Macarıstanın baş naziri Moskvaya səfərə gəlib. Səfər zamanı Orban Rusiya prezidenti Vladimir Putinlə Ukrayna münaqişəsinin həlli yollarını müzakirə edib.

QAZİLER.AZ

Diaspora