Mirzoyan: İrəvanla Bakı arasında sülh sazişinin imzalanması vacibdir

Mirzoyan: İrəvanla Bakı arasında sülh sazişinin imzalanması vacibdir backend

Ermənistan Azərbaycanla danışıqlar yolu ilə sülh sazişinin imzalanmasını vacib sayır.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi amerikalı konqresmenlərlə görüşündə deyib.

A.Mirzoyan ölkə hakimiyyətinin Cənubi Qafqazda sabitliyin və uzunmüddətli sülhün bərqərar edilməsi, o cümlədən qonşularla münasibətlərin nizamlanması ilə bağlı baxışını təqdim edib.

O, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanla sərhədin demarkasiyası prosesinin davamlılığının təmin edilməsinin, həmçinin regional rabitə marşrutlarının açılmasının vacibliyini qeyd edib.

Diaspora