Belarus ŞƏT-in tamhüquqlu üzvü oldu

Belarus ŞƏT-in tamhüquqlu üzvü oldu backend

Belarus Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olub.

“Report” xəbər verir ki, sənədin imzalanması mərasimi ŞƏT Dövlət Başçıları Şurasının iclasının keçirildiyi Astanada Müstəqillik Sarayında baş tutub.

Beləliklə, Belarus ŞƏT-in tamhüquqlu, onuncu üzvünə çevrilib. Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan təşkilatda oxşar statusa malikdir.

Diaspora