“ABŞ və Rusiya müharibənin bir addımlığındadır”.
Qaziler.az xəbər verir ki, müvafiq bəyanatla Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson “Judging Freedom” “YouTube” kanalında çıxış edib.
“Biz müharibəyə bir addım qalmışıq. Artıq Rusiyanın diplomatik münasibətlərin səviyyəsini aşağı salacağı barədə də danışılır”, - keçmiş analitik deyib.
Onun fikrincə, ABŞ münaqişənin sülh yolu ilə həlli üçün addımlar atmağa borcludur. Təhlilçi qeyd edib ki, nüvə güclərinin bir-biri ilə vuruşmaması üçün hər şey edilməlidir.
QAZİLER.AZ