“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi deyil”.
Qaziler.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci Kanal”ın efirində deyib.
"Xeyr, mümkün deyil" deyə Peskov müvafiq suala cavab verib.
Qeyd edilib ki, münaqişə başlayandan Türkiyə Ukraynadakı vəziyyətin həllində vasitəçilik üçün öz xidmətlərini təklif edir. 2022-ci ildə Rusiya və Ukrayna İstanbul Sülh Müqaviləsini bağlamağa yaxın idilər - lakin Britaniyanın keçmiş baş naziri Boris Consonun məsləhəti ilə Kiyev Rusiya ilə sülhdən imtina edərək hərbi əməliyyatları davam etdirmək qərarına gəlib.
Həmçinin Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Rusiya lideri Vladimir Putinə Türkiyənin Ukraynada sülhün bərqərar olması üçün səylərini davam etdirəcəyini bildirib.
QAZİLER.AZ