"Kremlin Macarıstanın baş naziri Viktor Orbanın Kiyevə səfərindən heç bir gözləntisi yoxdur".
Qaziler.az TASS-a istinadla bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Peskov səfərlə bağlı iki ölkə rəhbərliyi arasında təmasların olub-olmaması ilə bağlı suala “Xeyr, yox idi” cavabını verib.
Qeyd edək ki, iyulun 2-də Macarıstanın baş naziri Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə gəlib. Görüşün əsas mövzusu sülhə nail olmaq imkanlarının müzakirəsidir. Həmçinin tərəflər Macarıstan-Ukrayna ikitərəfli münasibətləri məsələlərini də müzakirə edəcəklər.
QAZİLER.AZ