Millət vəkili Qənirə Paşayeva Tovuzun 10 kəndindən olan sakinləri qəbul edib. Lent.az-ın məlumatına görə, sakinlər daha çox iş tapmağa, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almağa dəstək göstərilməsi ilə bağlı müraciətlər ediblər.
Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə müzakirələr aparan ünvanlı sosial yardıma ehtiyac duyan sakinlərin problemlərinin də həll olunacağını bildirib.Məhkəmə tərəfindən təyin olunmuş alimenti ala bilməyən qadınların sayının artmasın görə ciddi narahat olan millət vəkili bununla bağlı müvafiq qurumlarla ciddi müzakirələr apardığını deyib və övladları ilə çətin vəziyyətdə qalmış anaların hüquqlarının müdafiəsi istiqamətində səylərin daha da artırılmasını vurğulayyıb. Bir sıra vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də müraciət ediblər.
Q. Paşayeva "Azəriqaz" İstehsalat Birliyinin sədri Əkbər Hacıyev və qurumun rayondakı nümayəndələri ilə əlaqə saxlayaraq dəstək göstərilməsi üçün müraciət edib. Mİllət vəkili təhsil, elektrik və su təminatı ilə bağlı da xeyli müraciətin həlli istiqamətində müvafiq qurumlarla danışıb.