Lavrov iranlı həmkarı ilə Qəzzanı müzakirə edib

Lavrov iranlı həmkarı ilə Qəzzanı müzakirə edib backend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Əli Baqeri Kayani ilə telefon danışığı aparıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Danışıq zamanı əsas diqqət Yaxın Şərqdəki mövcud vəziyyətə yönəldilib. Tərəflər regionda, ilk növbədə Fələstin-İsrail münaqişəsi zonasında çoxsaylı böhranların həll olunmaması nəticəsində yaranan gərginliyin təhlükəli şəkildə artmasından ciddi narahatlıqlarını ifadə ediblər. Konstruktiv əhval-ruhiyyəli beynəlxalq oyunçuların köməyi ilə mövcud problemlərin siyasi və diplomatik vasitələrlə həllinin prioriteti vurğulanır", - məlumatda bildirilir.

Diaspora