Azərbaycan Avropaya qaz tədarükünü şaxələndirən mühüm təchizatçıdır.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.
“Bu, hazırda Rusiyadan asılılığını azaltmağa və ya aradan qaldırmağa, o cümlədən tədarükləri şaxələndirməyə çalışan Avropa ölkələri üçün çox vacibdir”, - o vurğulayıb.
“Azərbaycan Avropa üçün çox mühüm təbii qaz tədarükçüsüdür. O, səkkiz ölkəyə qaz nəql edir və yaxın gələcəkdə daha dörd dövlətə qaz tədarük etməyi planlaşdırır. Bu, vacib buferdir. Avropa ölkələri Rusiya qazından imtina ediblər. Bir çox ölkələrdə Rusiyadan qaz tədarükünün faizinin sıfıra endiyini görürük. Gözləyirəm ki, gələn il Rusiyadan Moldovaya uzanan cənub boru kəmərlərindən biri Rusiya qazının tranzitini dayandırdıqda, tədarük daha da azalacaq”, - o qeyd edib.
Onun sözlərinə görə, bu, Rusiyanı Avropa üzərində mühüm siyasi təsir rıçaqlarından məhrum edir: “Azərbaycan mayeləşdirilmiş təbii qaz tədarük edən ABŞ, Qətər və digər ölkələrlə birlikdə bu keçidi həyata keçirmək üçün Avropanın ehtiyac duyduğu dayanıqlığın təmin edilməsində əsas rol oynayır”.