Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib. Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Federal Prezident,Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim sülh və firavanlıq diləyirəm"