Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Baş nazir İrakli Kobaxidze ilə görüşüb.
Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri "X" hesabında paylaşın edib.
"Gürcüstana rəsmi səfər çərçivəsində Baş nazir Kobaxidze tərəfindən qəbul olunmaqdan şərəf duydum.
Görüşdə Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıqdan məmnunluq ifadə olundu. Siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirmək yolları müzakirə olundu", paylaşımda qeyd olunub.