ABŞ prezidentliyinə namizəd Assanj ilə bağlanan razılaşmadan YAZDI

ABŞ prezidentliyinə namizəd Assanj ilə bağlanan razılaşmadan YAZDI backend

ABŞ həbsdən azad olunmaq üçün günahını etiraf etməli olan “WikiLeaks”in qurucusu Culian Assanj ilə sövdələşərək dəhşətli presedent yaradıb.

Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, bu fikirləri müstəqil namizəd kimi ABŞ prezidentliyinə namizədliyini irəli sürən kiçik Robert Kennedi “X” sosial şəbəkəsindəki səhifəsində paylaşıb. O bu vəziyyətin bütün dünyada mətbuat azadlığına mənfi təsir göstərəcəyini qeyd edib.

“Culian Assanj sövdələşməyə gedib və azadlığa buraxılıb. Mən son dərəcə xoşbəxtəm. O, bir nəslin qəhrəmanıdır. Ancaq pis xəbər odur ki, o, milli təhlükəsizlik məlumatlarını əldə etmək və açıqlamaq üçün sui-qəsddə özünü günahkar kimi etiraf etməli olub. Polis dövləti dəhşətli presedent yaradıb və mətbuat azadlığına ciddi zərbə vurub”, - Kennedi yazıb.

Qeyd edək ki, “WikiLeaks”in qurucusu Culian Assanj Belmarş həbsxanasından azad edilərək Böyük Britaniyanı tərk etdiyi məlum olub.

ABŞ-ın Assanja qarşı ittihamları Barak Obamanın prezidentliyinin birinci dövründə baş verən Amerika tarixində ən böyük məxfi məlumatların yayılmasından irəli gəlir. Müstəntiqlərin fikrincə, 2009-cu ildə o, hərbi kəşfiyyat üzrə analitik Çelsi Manninqlə əlbir olub. O, ona Əfqanıstandakı müharibə haqqında on minlərlə hesabat, İraqdakı müharibə ilə bağlı yüz minlərlə hesabat, Dövlət Departamentinin teleqramları və Quantanamo həbsxanasında məhbusların analitik icmallarını təqdim edib.

QAZİLER.AZ

Diaspora