Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri işğaldan azad olunmuş Qubadlı rayonuna səfər ediblər.
"Report"un Zəngilan və Qubadlıya ezam olunmuş müxbiri xəbər verir ki, Zəngilanda keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində baş tutan səfər zamanı Dövlət Sərhəd Xidmətinin Qubadlıdakı N saylı hərbi hissəsi ziyarət edilib.
200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndələri, media təmsilçiləri, ictimai xadimlər Zəngilan və Qubadlıda aparılan infrastruktur və quruculuq işləri ilə tanış olub, "Böyük Qayıdış"a hazırlıq prosesi haqqında məlumat alıblar.
N saylı hərbi hissədə isə qonaqlar 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunan tədbirdə iştirak ediblər, nümayiş olunan hərbi-texniki vasitələrlə tanış olublar.
Daha sonra hərbi orkestrin müşayiəti ilə konsert proqramı təşkil edilib.