Türklər Rusiya-Ukrayna müharibəsindəki əsas səbəbkarı göstərdi - Sorğu

Türklər Rusiya-Ukrayna müharibəsindəki əsas səbəbkarı göstərdi - Sorğu backend

Sorğuda iştirak edən Türkiyə vətəndaşlarının demək olar ki, 80%-i Ukraynadakı münaqişənin Rusiya ilə ABŞ arasında olduğunu düşünür.

Qaziler.az xəbər verir ki, bu “Areda” tədqiqat mərkəzinin keçirdiyi sorğunun nəticəsinə əsasən bildirilib.

Sorğu iştirakçılarından Ukraynadakı münaqişənin əslində kimlər arasında olduğunu cavablandırmaları istənilib.

Respondentlərin 79,4%-i qarşıdurmanın ABŞ və Rusiya arasında olduğunu bildirib. Sorğu iştirakçılarının 20,6%-i Ukraynada baş verənlərin Moskva ilə Kiyev arasında birbaşa münaqişə olduğunu bildirib.

Aprelin 29-dan mayın 2-dək aparılan araşdırmada Türkiyənin hər yerindən üç mindən çox insan iştirak edib.

QAZİLER.AZ

Diaspora