“Azərbaycan torpaqları Ermənistan tərəfdən işğal edilib. Bu, BMT Nizamnaməsinin və sisteminin pozulması deməkdir”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “Azərbaycanın dayanıqlı inkişaf məqsədləri” adlı konfransda çıxışında deyib.
O xatırladıb ki, BMT-nin bu işğalla bağlı 4 qətnaməsi qəbul edilib: “Baş Assambleyada bu məsələ dəfələrlə müzakirə olunub. BMT Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınmasını təsdiqləyib və torpaqların beynəlxalq hüququn qadalarına uyğun qaytarılmasını tələb edib. BMT-nin 51-ci maddəsinə gəldikdə isə, Azərbaycan öz hüququndan istifadə etməlidir. Ermənistan da qəbul etməlidir ki, status-kvo qəbuledilməzdir və nəticə verməyəcək. Çətinliklər və təhlükələrə baxmayaraq, Azərbaycan nikbindir və BMT-nin məqsəd və prinsiplərinə sadiqdir”.Elmar Məmmədyarov: “Ermənistan anlamalıdır ki...“

