İrəvan rəsmi şəkildə Bakıya TƏKLİF GÖNDƏRDİ

İrəvan rəsmi şəkildə Bakıya TƏKLİF GÖNDƏRDİ backend

Ermənistan Respublikasının Baş nazirinin aparatı atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin həyata keçirilməsinə başlamağı təklif edir.

QAZÌLER.AZ  Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Ermənistan Respublikasının baş nazirinin bu il iyunun 15-də verdiyi bəyanatın davamı olaraq və Ermənistan hökumətinin gərginliyin yaranmasının qarşısını almaq niyyətində olduğuna əsaslanaraq, Ermənistanın baş naziri diplomatik kanallar vasitəsilə Azərbaycan Prezidentinin Aparatına atəşkəsin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaratmağı təklif edib.

Ermənistan Respublikasının baş nazirinin aparatı qeyd olunan mexanizmin həyata keçirilməsinə başlamağı təklif edir”, - məlumatda deyilir.

Diaspora