Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Yaponiya hakimiyyətinin yeni anti-Rusiya sanksiyaları ikitərəfli münasibətlərin tamamilə məhvinə səbəb ola bilər.
Qaziler.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat dərc edilib.
“Yaponiya baş nazir Fumio Kişida administrasiyasının uzaqgörən düşmənçilik siyasəti nəticəsində aşağı səviyyəyə enmiş ikitərəfli əlaqələrin hazırkı vəziyyəti ilə bağlı fundamental qiymətləndirmələr təqdim edib”, - Rusiya XİN-dən bildiriblər.
Nazirlik Yaponiyanın sanksiyalarının Rusiya ilə KXDR arasında strateji tərəfdaşlığı pozmağa yönəldiyini qeyd edib. Həmçinin vurğulanıb ki, Moskva Tokionun hərəkətlərinə milli maraqları rəhbər tutaraq ən sərt cavab tədbirləri ilə cavab verəcək.
Qeyd edək ki, Yaponiya 40-dan çox Rusiya şirkəti və 11 fiziki şəxsə qarşı sanksiya tətbiq edib.
QAZİLER.AZ