Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya səfərindən əvvəl Yaponiyanın baş naziri Fumio Kişidaya sərt mesaj göndərib.
Qaziler.az bildirir ki, bu barədə “NEWS.ru” Çinin “Baijiahao” nəşrinə istinadla xəbər verir.
Materialın müəllifləri müəyyənləşdiriblər ki, iyunda Rusiya lideri Tokioya Kuril adalarının Rusiya Federasiyasının suveren ərazisi olduğunu xatırladıb.
“Putinin sərt mövqeyi təkcə Yaponiya üçün cəza deyil, həm də hamıya açıq xəbərdarlıqdır”, - materialda qeyd edilib.
Dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə Putin qeyd edib ki, Rusiya-Yaponiya dialoqunun bərpası Tokionun Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəyişəcəyi təqdirdə mümkündür. Dövlət başçısı vurğulayıb ki, hazırda ölkələr arasında danışıqların davam etdirilməsi üçün heç bir şərait yoxdur.
Yaponiyada Rusiya liderinin sözləri tənqidi qarşılanıb. Ölkənin Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi deyib ki, Putinin sözləri “ədalətsiz və tamamilə qəbuledilməzdir”. Yaponiya tərəfinin nümayəndəsi əlavə edib ki, Tokionun Kuril adaları mövzusuna və sülh müqaviləsinin bağlanmasına münasibəti dəyişilməz olaraq qalır.
QAZİLER.AZ