Bu il Rusiyadan 30 mindən çox əcnəbi deportasiya edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib.
“Bundan əlavə, polis 100 min əcnəbinin ölkəyə girişini əngəlləyib. Bu, bir il əvvəllə müqayisədə 55% çoxdur”, - İrina Volk Teleqram kanalında yazıb.
O, DİN-in keçirdiyi əməliyyat çərçivəsində bir həftə ərzində miqrasiya sahəsində 50 mindən çox qanun pozuntusunun qarşısının alındığını, doqquz minə yaxın şəxsin deportasiya edildiyini vurğulayıb.