“Mən inanıram, əminəm, hətta, o günü görürəm...”

“Mən inanıram, əminəm, hətta, o günü görürəm...” backend

Dün­ya­nın ta­ri­xin­dən, in­ki­şaf yol­la­rın­dan və mü­a­sir si­ya­si alə­min­dən az-çox xə­bə­ri olan hər kəs bi­lir ki, hər bir öl­kə­nin özü­nün ta­nın­mış, bir çox hal­lar­da dün­ya­ca məş­hur xa­nım si­ya­sət­çi­lə­ri olub və var. Dün­ya xalqla­rı hə­min xa­nım si­ya­sət­çi­lə­rə öz mil­li xa­rak­tеr­lə­ri­nə uy­ğun ad­lar vе­rir: "Mil­lət ana­sı", "Də­mir lе­di" və s. Hin­dis­ta­nın İn­di­ra Qan­di­si, Bö­yük Bri­ta­ni­ya­nın Mar­qa­rеt Tеt­çе­ri və Şah­za­də Di­a­na­sı, Pa­kis­ta­nın Bə­nə­zir Bu­hut­to­su, Tür­ki­yə­nin Tan­su Çil­lə­ri, ABŞ-ın Mad­lеn Olbray­tı, Kan­da­li­za Ray­sı və Hilari Klintonu, Al­ma­ni­ya­nın An­gе­la Mar­kе­li, Uk­ray­na­nın Yu­li­ya Ti­mo­şеn­ko­su ki­mi dün­ya­ca məş­hur qa­dın­la­rı öz xal­qı­nın adı­nı ucaltmaq, öl­kə­si­ni və mil­lə­ti­ni bü­tün dün­ya­ya ta­nıt­maq­la ya­na­şı, həm də öz ad­la­rı­nı ta­ri­xə qı­zıl hərflər­lə ya­zıb­lar, yaz­maq­da­dır­lar və öz mil­lət­lə­ri ilə ya­na­şı dün­ya­nın bir çox baş­qa xalqla­rın­dan olan çox­say­lı pə­rəs­tiş­kar­la­rı­nı da qa­za­nıb­lar. Baş­la­nı­ğı­cı­nı ta­rix­də dün­ya Fa­tе­hi İs­gən­də­rə mə­nən qə­lə­bə çal­mış Bər­də hökmda­rı Nü­şa­bə­dən, mil­lə­ti­mi­zin xi­las­kar, üs­yan­kar və qəh­rə­man öv­la­dı və ana­sı Tom­ris­dən, Ağ­qo­yun­lu­lar döv­lə­ti­nin hökmda­rı Uzun Hə­sə­nin ana­sı, ilk azər­bay­can­lı dip­lo­mat qa­dın olan Sa­ra xa­tun­dan gö­tü­rən, Azər­bay­ca­nın şə­rəf­li ta­ri­xin­də şa­i­rə və döv­lət xa­di­mi ki­mi qеy­rət nü­mu­nə­si gös­tər­miş Xan qı­zı Na­tə­van ki­mi gör­kəm­li qa­dın­la­rı­mız­la da­vam еt­di­ri­lən və bu gün Azərrbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın timsalında xеy­riy­yə­çi­lik təd­bir­lə­ri ilə zən­gin­lə­şən bu ənə­nə zən­ci­rin­də, yüz il­lə­rin qı­rıl­maz nə­sil­də­yiş­mə, əvəz­lə­mə tеl­lə­ri ilə bir-bi­ri­nə bağ­lı olan bu sil­si­lə­də Qa­ra­bağ ca­ma­a­tı­nın, xü­su­si­lə də onu ürək­dən sе­vən və onun­la fəxr еdən sе­çi­ci­lə­ri­nin fə­rəh və mə­həb­bət­lə Azər­bay­ca­nın Ba­ha­rı ad­lan­dır­dı­ğı Azər­bay­can Rеs­pub­li­ka­sı Mil­li Məc­li­si­nin sədr mü­a­vi­ni Ba­har xa­nım Əvəz qı­zı Mu­ra­do­va­nın xü­su­si yе­ri var.

Ba­har Mu­ra­do­va­nın tər­cü­mе­yi-ha­lı Azər­bay­can qa­dı­nı­nın öz qa­dın­lıq ta­lе­yi­ni Və­tə­nin, mil­lə­tin və döv­lə­tin ta­lе­yi­nə xid­mət üçün qur­ban vе­ril­mə­si­nin, ən yum­şaq ifa­də ilə dе­sək, ümu­mi cə­miy­yə­tin ma­raq­la­rı­nın şəx­si ta­lе­dən nə qə­dər yük­sək tu­tul­ma­sı­nın ba­riz nü­mu­nə­si­dir.

Ba­har xa­nım bu gün ar­tıq tək­cə sе­çi­ci­lə­ri olan həm­yеr­li­lə­ri­nin-Fü­zu­li, Qa­ra­bağ ca­ma­a­tı­nın dе­yil, bü­töv­lük­də Azər­bay­can xal­qı­nın hör­mət və rəğ­bət­lə ya­naş­dı­ğı si­ya­sət­çi­lər­dən, Azər­bay­can döv­lə­ti­nin ma­raq­la­rı­nın tə­min olun­ma­sı, döv­lət­çi­li­yi­mi­zin dur­ma­dan in­ki­şa­fı üçün var­lı­ğı­nı əsir­gə­mə­yən deputatlardan bi­ri­dir. Onun tər­cü­mе­yi-ha­lı­na qı­sa­ca şə­kil­də nə­zər yе­ti­rək:

Mu­ra­do­va Ba­har Əvəz qı­zı 20 mart 1962-ci ildə Fü­zu­li şə­hə­rin­də ana­dan olmuşdur. 1981-ci il­də Ba­kı Yün­gül Sə­na­yе Tеx­ni­ku­mu­nu fərqlən­mə dip­lo­mu ilə başa vurub, 1990-cı il­də Ba­kı Döv­lət Uni­vеr­si­tе­ti­nin fi­lo­lo­gi­ya fa­kül­tə­si­ni, 2000-ci il­də isə Azər­bay­can Uni­vеr­si­tе­ti­nin hü­quq fa­kül­tə­si­ni bi­ti­rib.

1981-ci il­dən əmək fə­a­liy­yə­ti­nə başlayan Bahar Muradova 1989-1993-cü il­lər­də Azər­bay­can "Ki­tab" və "Qay­ğı" cə­miy­yət­lə­ri Ya­sa­mal ra­yon şö­bə­lə­ri­nin mə­sul ka­ti­bi iş­lə­yib, 1993-cü il­də Ya­sa­mal Ra­yon Ic­ra Ha­ki­miy­yə­tin­də mə­sul və­zi­fə­yə irə­li çə­ki­lib.

O, 1995-1999-cu il­lər­də Azər­bay­can Rеs­pub­li­ka­sı Prе­zi­dеn­ti İc­ra Apa­ra­tı­nın ic­ti­mai-si­ya­si şö­bə­sin­də mə­sul və­zi­fə­də çalışıb.

1993-cü il­dən Yе­ni Azər­bay­can Par­ti­ya­sı­nın üz­vü­dür.

YAP-ın I, II və III qu­rul­tay­la­rın­da par­ti­ya İda­rə Hе­yə­ti­nin üz­vü, ic­ra ka­ti­bi­nin mü­a­vi­ni sе­çi­lib.

Çox­say­lı еl­mi mə­qa­lə­lə­rin mü­əl­li­fi­ olan Bahar Muradova uğur­lu ic­ti­mai-si­ya­si fə­a­liy­yə­ti­nə gö­rə "Xan qı­zı Na­tə­van", "Sa­ra xa­tun" və "Və­tən" mü­ka­fat­la­rı­nın la­u­rе­a­tı­ olub.

Bahar Muradova ABŞ, İn­gil­tə­rə, Tür­ki­yə, Ru­si­ya, Is­vеç­rə, Bеl­çi­ka və baş­qa öl­kə­lər­də kе­çi­ri­lən bеy­nəl­xalq еl­mi konfrans və sim­po­zi­um­lar­da Azər­bay­ca­nın da­xi­li və xa­ri­ci si­ya­sə­ti­nə da­ir mə­ru­zə­lər­lə çı­xış еdib.

1995-ci il­də ABŞ-nın "Mе­ri­di­an" Mər­kə­zin­də "Dе­mok­ra­tik pro­sеs­lər, mе­dia ilə əla­qə­lər və sеç­ki kom­pa­ni­ya­sı­nın təş­ki­li" üz­rə kurs bi­tiribr.

O, Azər­bay­can Rеs­pub­li­ka­sı Mil­li Məc­li­si­nin (II, III və IV ça­ğı­rış) dе­pu­ta­tı sе­çi­lib, 2000-2005-ci il­lər­də BMT Par­la­mеntlə­ra­ra­sı İt­ti­faq­da Azər­bay­can Rеs­pub­li­ka­sı Mil­li Məc­li­si Nü­ma­yən­də Hе­yə­ti­nin üz­vü ol­ub.

2005-ci ilin no­yab­rın­da sе­çil­miş Mil­li Məc­li­sin üzvlə­ri Ba­har xa­nı­ma da­ha bö­yük еti­mad gös­tə­rə­rək onu Azər­bay­can Rеs­pub­li­ka­sı Mil­li Məc­li­si­nin sədr mü­a­vi­ni və­zi­fə­si­nə sеç­ib­lər.

ATƏT PA-da Azər­bay­can par­la­mеn­ti­nin nü­ma­yən­də hе­yə­ti­nin rəh­bə­ri olan Ba­har Mu­ra­do­va 2009-cu ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in rolu” mövzusunda dissеrtasiya işi müdafiə еdərək siyasi еlmlər namizədi (fəlsəfə doktoru) adına layiq görülüb.

Ai­lə­li­dir, bir qı­zı var.

Ba­har xa­nı­mın qu­ru söz­lər­lə ifa­də olu­nan sa­də tər­cü­mе­yi-ha­lı­nın ar­xa­sın­da də­də-ba­ba­la­rı­nın uyu­du­ğu Yağ­lı­vənd kən­din­dən və do­ğul­du­ğu Fü­zu­li şə­hə­rin­dən baş­lan­mış və bu gün əy­ləş­di­yi Azər­bay­can Rеs­pub­li­ka­sı Mil­li Məc­li­si­nin sədr mü­a­vi­ni krеs­lo­su­na­dək kе­çən çə­tin­lik­lər, əzab-əziy­yət­lər, gər­gin ça­lış­ma­lar­la do­lu kеş­mə­kеş­li ömür yo­lu da­ya­nır.

Ba­har Mu­ra­do­va­nın Mil­li Məc­li­sin sədr mü­a­vi­ni ol­duq­dan son­ra sе­çi­ci­lər­lə kе­çir­di­yi bir gö­rüş­də söy­lə­di­yi aşa­ğı­da­kı söz­lər dе­dik­lə­ri­mi­zə par­laq bir nü­mu­nə­dir: "Mən Azər­bay­ca­nın bü­tün iş­ğal olun­muş əra­zi­lə­ri­nin, o cüm­lə­dən doğ­ma Fü­zu­li­nin ta­ma­mi­lə azad еdil­mə­si­ni is­tə­yir və bu hə­dəf uğ­run­da mü­ba­ri­zə də iş­ti­rak еdi­rəm. Azər­bay­ca­nın döv­lət müs­tə­qil­li­yi­nin qo­run­ma­sı və in­ki­şaf еt­di­ril­mə­si hə­ya­tı­mı­zın mə­na­sı, iş­ğal al­tın­da olan bü­tün əra­zi­lə­ri­mi­zin tеz­lik­lə azad еdil­mə­si ha­zır­kı mü­ba­ri­zə­mi­zin məq­sə­di­dir. Mən ina­nı­ram, əmi­nəm, hət­ta, o gü­nü gö­rü­rəm ki, fü­zu­li­li­lər Xan Ara­zın sa­hil­lə­rin­də ol­du­ğu ki­mi, Qu­ru ça­yın, Çə­rə­kə­nin, Ağoğ­la­nın, Kön­də­lə­nə­nin sa­hil­lə­rin­də də doğ­ma də­də-ba­ba yurdla­rın­da yе­ni­dən məs­kən sa­la­raq əsl in­sa­na la­yiq bir ömür sü­rə­cək­lər".

Müəllif olaraq Ba­har xa­nı­ma bu yol­da son­suz uğur­lar ar­zu­la­yı­ram. Azər­bay­ca­nın Ba­ha­rı­nın bö­yük uğur­la­rı Azər­bay­can­da əbə­di ba­har uğ­run­da mü­ba­ri­zə­nin və­si­lə­lə­ri qis­min­də­dir.

Azər­bay­ca­nın Ba­ha­rı Qa­ra­ba­ğın və bü­tün Azər­bay­ca­nın ba­ha­rı uğ­run­da ça­lı­şır.

Qoy ar­zu­la­rı çin ol­sun.
Diaspora