Rusiya Ermənistana hərbi müdaxilə edəcək – Şok iddia

Rusiya Ermənistana hərbi müdaxilə edəcək – Şok iddia backend

Moskva İrəvandakı vəziyyəti dəyişmək üçün hərbi vasitələrdən istifadə etməyə hazırlaşır.

QAZÌLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə Rusiya hakim dairələrinə yaxın olan “Kremlevskiy tabakerka” Teleqram kanalı çıxış edib.

“Ermənistanın KTMT-ni tərk etmək planı Kremldə təkcə məyusluq yox, həm də cavab reaksiyası yaradıb. Bizim informasiyamıza görə, bu yaxınlarda Moskvada hərbi mütəxəssislərdən ibarət qrup toplanıb. Bu qrup İrəvanın mövqeyini dəyişməyi təmin etməlidir. Mənbəmiz deyir ki, bu artıq Kreml və Rusiya Müdafiə Nazirliyi üçün prioritetə çevrilib.

“Biz uzun zaman Ermənistana kömək etdik, amma indi Paşinyan amerikalıların qabağına tullanmaq istəyir. Alınmayacaq”, – deyə Müdafiə Nazirliyindəki mənbəmiz deyir. İrəvana diplomatik təzyiqin də gücləndiriləcəyi istisna deyil”, – kanal yazıb.

Bununla belə, Ermənistanda bu qrupun hansı planı gerçəkləşdirəcəyi açıqlanmayıb. Lakin kanal SSRİ hərbi kəşfiyyatının 1979-cu ildə Əfqanıstanda Hafizulla Əminiyə qarşı təşkil etdiyi çevrilişi xatırladıb.

Diaspora