Bu çətin dövrdə Ermənistan xalqının köməyinə gəldik...

Bu çətin dövrdə Ermənistan xalqının köməyinə gəldik...  backend

Ermənistanla Gürcüstan arasında dəmir yolu Rusiyanın yardımı ilə bərpa edilib.

QAZÌLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Bu çətin dövrdə Rusiya Ermənistan xalqının köməyinə gəlib və onun Gürcüstanla təbii fəlakət nəticəsində pozulmuş dəmir yolu əlaqəsini rekord müddətdə bərpa edib”, - o vurğulayıb.

A.Overçuk qeyd edib ki, Ermənistanı xarici dünya ilə birləşdirən yeganə dəmir yolu ölkəyə həyati əhəmiyyətli yüklərin çatdırılması üçün əsas kanaldır və onun uzun müddət ərzində bağlı olması əhalinin ərzaq və yanacaqla təmin olunması üçün ciddi mənfi nəticələrə səbəb ola bilər:

“Lakin bu, Rusiyanın Ermənistan xalqına yardım əlini uzatması səbəbindən baş verməyib. Fövqəladə bərpa işlərinin maliyyələşdirilməsi ölkə rəhbərliyinin qərarı ilə Rusiya tərəfindən həyata keçirilib”.

Onun sözlərinə görə, ilk sınaq qatarı iyunun 14-də bərpa edilmiş relsdə yola düşüb.

 

Diaspora