Türkiyə Prezidenti İtaliyada keçirilən G7 sammitində iştirak edir

Türkiyə Prezidenti İtaliyada keçirilən G7 sammitində iştirak edir backend

“Böyük yeddilik” (G7) ölkələrinin liderlərinin sammitinə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Afrika və Aralıq dənizi - süni intellekt və energetika” yüksək səviyyəli iclasında iştirak edib.

QAZÌLER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, Türkiyə dövlətinin başçısı İtaliyanın cənubundakı Apuliya bölgəsində keçirilən üç günlük sammitə fəxri qonaq kimi gəlib.

Qapalı keçiriləcək müzakirələr çərçivəsində Ərdoğanın G7 liderlərinin diqqətini Yaxın Şərq və Ukraynadakı vəziyyətə cəlb edəcəyi, Ankaranın bölgədə sülhün və sabitliyin təmin edilməsinə, ehtiyacı olanlara humanitar yardımın göstərilməsinə töhfə vermək əzmini vurğulayacağı bildirilib.

İtaliyadakı sammit çərçivəsində Türkiyə Prezidentinin bir sıra ikitərəfli görüşləri planlaşdırılır.

Diaspora