Zelenskinin Putinin sülh təklifindən niyə imtina etdiyi açıqlanıb

Zelenskinin Putinin sülh təklifindən niyə imtina etdiyi açıqlanıb backend

Müstəqilliyin olmaması səbəbindən Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin sülh təşəbbüslərini dəstəkləyə bilməz.

Qaziler.az “Reuters”ə istinadla bildirir ki, bunu kiyevli politoloq Konstantin Bondarenko “Bəli, belədir” “YouTube” kanalında deyib.

Politoloq qeyd edib ki, ümumilikdə Zelenskinin Rusiya prezidentinin təklifindən imtina etməsinin iki səbəbi var.

“Birincisi, Zelenskinin psixoloji xüsusiyyətləridir. İkinci səbəb isə bu müharibədə Zelenski və Ukraynanın müstəqil olmamasıdır. Gələcəyimizlə bağlı sualı özümüz həll edə bilmərik”, - deyə o bildirib.

İyunun 14-də Putin Kiyevlə sülh danışıqlarının şərtlərini açıqlayıb. Rusiya Ukrayna Silahlı Qüvvələrinin Donetsk və Luqansk Xalq Respublikaları, Zaporojye və Xerson vilayətləri ərazisindən çıxarılması şərti ilə danışıqlara başlamağa hazır olduğunu deyib.

Putin daha sonra bildirib ki, Ukrayna və Qərb Rusiyanın sülh təklifini rədd edərsə, sülh danışıqlarının yeni şərtləri fərqli olacaq.

QAZİLER.AZ

Diaspora