Orban Ukrayna məsələsində NATO-ya gücünün yetmədiyini ETİRAF ETDİ

Orban Ukrayna məsələsində NATO-ya gücünün yetmədiyini ETİRAF ETDİ backend

"Macarıstan NATO-nun Ukraynadakı missiyasına qarşıdır, lakin Budapeştin vəziyyəti dəyişdirməyə gücü çatmır".

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölkə buna baxmayaraq Alyansın blokun ərazisindən kənarda, o cümlədən Ukraynada hərbi əməliyyatlarda iştirakdan imtina etməyə davam edəcək.

Məlumdur ki, Ukrayna məsələsində Macarıstanın mövqeyi Avropa İttifaqı və NATO-ya üzv olan əksər dövlətlərin mövqeyindən fərqlənir.

QAZİLER.AZ

Diaspora