NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Macarıstanın baş naziri Viktor Orban ölkəsinin Ukraynaya yardım səylərində iştirak etməyəcəyini açıq şəkildə bildirib.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir. Lakin Budapeşt iyulda keçiriləcək sammitdə Alyansın müvafiq qərarlarına mane olmayacaq.
“Biz razılaşdıq ki, Macarıstan digər müttəfiqlərin Ukraynaya uzunmüddətli yardıma və NATO-nun Ukraynaya yardımın əlaqələndirilməsində aparıcı rolu ilə bağlı qərarlarına mane olmayacaq. Eyni zamanda Macarıstan bunun bir hissəsi olmayacaq”, - Stoltenberq Budapeştdə Orban ilə birgə mətbuat konfransında bildirib.
QAZİLER.AZ