“Ermənistan və Azərbaycan sülh üçün tarixi fürsətə malikdir”.
Apa xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü ilə bağlı “X” platformasındakı paylaşımda bildirib.
Berbok Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov ilə söhbətində Almaniyanın dayanıqlı sülh sazişini dəstəkləmək istiqamətində davam edən öhdəliyini vurğulayıb.