Qərbin səhvinə görə Ukrayna iki şəhərini itirə bilər

Qərbin səhvinə görə Ukrayna iki şəhərini itirə bilər backend

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Larri Conson bildirib ki, Qərbin Minsk razılaşmalarında Rusiya Federasiyasını aldatmaq qərarı Ukraynanın Odessa və Nikolayevi itirməsinə səbəb ola bilər.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, müsahibənin səsyazısı “Dialogue Works” “YouTube” kanalında dərc olunub.

O vurğulayıb ki, Qərb dövlətləri artıq Minsk razılaşmalarının təminatçısı kimi çıxış ediblər, lakin onlar bunu Ukraynaya vaxt udmaq, onların möhkəmlənməsinə və güclənməsinə şərait yaratmaq üçün ediblər.

Eks-agent qeyd edib ki, Almaniyanın keçmiş kansleri Angela Merkel Qərbin yalan danışdığını və bu razılaşmanı ciddi qəbul etmədiyini etiraf edib.

QAZİLER.AZ

Diaspora