Azərbaycan və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə edib - YENİLƏNİB

Azərbaycan və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə edib -  YENİLƏNİB backend

10 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri və regional məsələləri müzakirə ediblər.

***

16:37

Türkiyə xarici işlər naziri Hakan Fidan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Apa-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Məlumata əsasən, Hakan Fidanla Ceyhun Bayramovun telefon danışığı zamanı ikitərəfli və regional məsələlər müzakirə olunub.

Qeyd edək ki, Ceyhun Bayramov bu gün Almaniyaya işgüzar səfərə yola düşüb. Hakan Fidan isə Moskvada səfərdədir.

Diaspora