Bayden Ukraynanı Rusiyadan qorumağı Hitlerə qarşı müharibə ilə müqayisə etdi

Bayden Ukraynanı Rusiyadan qorumağı Hitlerə qarşı müharibə ilə  müqayisə etdi backend

ABŞ prezidenti Co Bayden Normandiyada müttəfiqlərin desantının 80-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edərkən, Ukraynanın müdafiəsi ilə Adolf Hitlerə qarşı mübarizəni paralel adlandırıb.

Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, Amerika lideri İkinci Dünya Müharibəsində iştirak etmiş veteranların fonunda dayanaraq çıxışını oxuyub.

“Bu qəhrəmanların 80 il əvvəl mübarizə apardıqları qaranlıq qüvvələr heç vaxt itmir. Təcavüzkarlıq və tamahkarlıq, hökmranlıq etmək və nəzarət etmək, sərhədləri zorla dəyişdirmək istəyi - bu əbədidir. Diktatura ilə azadlıq arasında mübarizə sonsuzdur”, - Bayden deyib.

O vurğulayıb ki, NATO indi həmişəkindən daha da birləşib. Onun sözlərinə görə, ABŞ nasistlərə qarşı mübarizədə Avropanı dəstəklədiyi kimi, Alyans çətin anlarda Ukraynanı da dəstəkləyəcək.

QAZİLER.AZ

Diaspora