Ermənistan bizimlə təmaslardan yayınmağa başlayıb - Mixail Qaluzin

Ermənistan bizimlə təmaslardan yayınmağa başlayıb - Mixail Qaluzin backend

Ermənistan hakimiyyəti Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi xəttilə Rusiya ilə təmaslarda maraqlı olmağı dayandırıb ki, bu da Qərbin təzyiqinin nəticəsidir.

TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin bildirib.

"2023-cü ilin noyabrından xarici işlər nazirlərinin görüşü olmayıb. Tərəfdaşlarımız XİN-lər arasında növbəti məsləhətləşmə planını hazırlamaq və imzalamaq təklifimizə maraq göstərmədilər. Müdafiə qurumları xətti ilə təmasların dinamikasının nəzərəçarpacaq dərəcədə azalması bizim təqsirimiz üzündən deyil.

Hərbi-texniki əməkdaşlıq da zəifləyib. Bunu İrəvanı ölkəmizlə əlaqələri minimuma endirməyə məcbur etməyə çalışan qərblilərin təzyiqinin nəticəsi kimi görürük", - nazir müavini qeyd edib.

"Ümid edirik ki, Ermənistan hakimiyyətinin problemli və qıcıqlandırıcı məqamların aradan qaldırılması üzərində açıq şəkildə səsləndirdiyi əhvali-ruhiyyə praktiki olacaq. Buna hazırıq", - Qaluzin deyib.

Diaspora