Makrona dəbilqə taxıb Ukraynada döyüşmək təklif olundu

Makrona dəbilqə taxıb Ukraynada döyüşmək təklif olundu backend

İtaliyanın nəqliyyat və infrastruktur naziri Matteo Salvini deyib ki, Fransa prezidenti Emmanuel Makron “müharibəni alovlandıran”dır.

Qaziler.az xəbər verir ki, bu haqda “Newsbiella” yazıb.

Salvini təklif edib ki, italyanları qəzəbləndirməmək üçün Fransa lideri Ukraynada döyüşə özü getsin və dəbilqə taxsın.

"Mən Makrona deyirəm: döyüşmək üçün Ukraynaya get, dəbilqə tax və italyanları qəzəbləndirməyin", - Salvini deyib.

“Liqa” partiyasından olan siyasətçi müntəzəm olaraq Makronu və onun siyasətini tənqid edir, regionda sülh üçün çağırışlar edir. Salvini həmçinin Makron və Ukraynadakı hərbi əməliyyatı dəstəkləyən tərəfdarlarına psixiatrik yardım təklif edib.

QAZİLER.AZ

Diaspora