Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkian bu gün səhər saatlarında növbədənkənar prezident seçkiləri üçün namizəd kimi qeydiyyatdan keçirib.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, islahatçı siyasətçi qeydiyyatdan keçdikdən sonra media nümayəndələri qarşısında 5 dəqiqəlik çıxış edib.
O, hakimiyyəti sərt tənqid edərək, bu günə kimi verilən vədlərin yerinə yetirilmədiyini bildirib:
“Sərvətlərin ədalətli paylaşımı, vətəndaşların sağlamlığı və rifahı, bölgələrdə ayrı-seçkiliyin aradan qaldırılması, ölkənin elmi, mədəni, iqtisadi və siyasi baxımdan inkişaf etdirilməsi kimi qarşıya qoyulan məqsədlərin heç birinə nail olunmayıb”.