"Bütün bunlar daha böyük risklərə gətirib çıxaracaq" - Hakan Fidan

"Bütün bunlar daha böyük risklərə gətirib çıxaracaq" - Hakan Fidan backend

“NATO ölkəsi Ukraynadakı münaqişənin diplomatik yolla həlli ilə bağlı Ankaranın fikrini getdikcə bölüşməyə başlayıb”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu açıqlamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. Onun sözlərinə görə, bəzi dövlətlər Kiyevi hərbi sahədə dəstəkləməkdə davam edir.

“Türkiyə məsələnin diplomatik müstəviyə çatdırılması məsələsini gündəmə gətirir. Bu, diqqətdən kənarda qalır. Biz vurğulayırıq ki, problem təkcə hərbi yolla deyil, həm də dialoq yolu ilə həll edilməlidir. Diplomatiya ilə məşğul olmasanız, bütün bunlar daha böyük risklərə gətirib çıxaracaq”, - Türkiyənin xarici işlər naziri vurğulayıb.

Fidan əlavə edib ki, Ankara bunu əvvəllər də deyib, bu gün də deyir. Diplomat bu şərhi NATO-ya üzv ölkələrin xarici işlər nazirliklərinin rəhbərlərinin Praqada keçirilən qeyri-rəsmi görüşündə jurnalistlərə deyib.

QAZİLER.AZ

Diaspora