“BMT nəinki Qəzza zolağında soyqırımı dayandırmaq, hətta öz işçilərini qorumaq iqtidarında deyil”.
Qaziler.az TRT Haber-ə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 29-da partiyasının parlamentdəki toplantısında bildirib. Onun sözlərinə görə, BMT heç bir faydası olmayan təşkilata çevrilib.
"BMT, soyqırımı dayandıra bilmirsənsə, sən nəyə lazımsan? Dünyanın taleyi beş ölkənin (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri) əlindədirsə, bu binalar niyə lazımdır? BMT öz işçilərini belə qoruya bilmir. BMT ruhən ölüb”, - Türkiyə prezidenti deyib.
QAZİLER.AZ