“Azərbaycanın İranda səfirliyinin açılması məsələsi gündəmdə qalır”.
Qaziler.az erməni mediasına istinadla bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.
“Azərbaycanın İranda səfirliyinin açılması ikitərəfli münasibətlərin gündəliyində duran planlardan biridir”, - Nasir Kənani bildirib.
Xatırladaq ki, Azərbaycanın İrandakı səfirliyi 2023-cü ilin yanvarında Azərbaycanın İrandakı diplomatik missiyasına hücum nəticəsində bir nəfərin həlak olması, iki nəfərin yaralanmasından sonra bağlanıb.
QAZİLER.AZ