"Bir aydır görüşlərdə, məsləhətləşmələrdə olmuşuq".
QAZÌLER.AZ Publika.az-a istinadla xəbər verir ki, bu barədə İrəvanda Respublika Meydanında çıxışı zamanı professor, şərqşünas Qurgen Melikyan məlumat verib.
“Siyasi partiyalardan tutmuş ictimai qurumlara, akademik, elmi, mədəni, iqtisadi dairələrə qədər bütün sahələrin, qrupların nümayəndələri, təhlükəsizlik məsələləri üzrə mütəxəssislər, diplomatlar, iş adamları, hüquqşünaslar, müxtəlif sosial qruplar və bir çox digərləri ilə görüşlər keçirilib.
Bütün görüşlərdə və müzakirələrdə iştirak edənlərin böyük əksəriyyəti razılaşdı ki, o şəxs, əlbəttə, Baqrat Qalstanyandır. Siyasi qüvvələrimiz və xalqımız arasında hərəkatın lideri Baqrat Qalstanyanın da baş nazir olması ilə bağlı açıq fikir birliyi var”, - Melikyan deyib.
Bundan sonra mitinq iştirakçıları belə şüarlar səsləndirməyə başlayıblar: "Müqəddəs Baş nazir"
"Biz başa düşürük ki, bu, arxiyepiskop üçün çətin qərardır, çünki bu, onun bütün həyatını dəyişir. Bu, çətin bir qərardır, lakin bu, xidmətin bir hissəsidir. Vətəninə, torpağına, xalqına xidmət edən insanın edə biləcəyi mənəvi xidmətin ən mühüm hissəsi də budur”, - o əlavə edib.