Gürcüstan 1991-ci ildə dövlət müstəqilliyinin bərpasını elan etdiyi gündən ölkəni vəd edilmiş torpağa aparacaq Musanın yolu ilə gedir.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze Gürcüstanın Müstəqillik Günü münasibətilə təşkil olunan mərasımdə çıxışı zamanı deyib.
"70 illik Sovet hakimiyyətinin sonunda, 1990-cı ildə Gürcüstanda çoxpartiyalı seçkilər keçirildi və 1991-ci ildə Gürcüstan dövlət müstəqilliyinin bərpasını elan etdi. O vaxtdan Gürcüstan bir növ Musanın yolu ilə gedir və bu, əminəm ki, bizi mütləq vəd edilmiş torpağa aparacaq. Gürcülər üçün vəd edilmiş torpaq 2030-cu ildə Gürcüstanın müstəqilliyinin bərpasının 40-cı ildönümünə qədər abxaz və osetin qardaş və bacıları ilə birlikdə vahid və güclü ölkədə yaşamaqdır”, - Kobaxidze bildirib.