Fransa dövləti ona çevrilmiş silahı Azərbaycana qarşı istifadə edə bilməyəcək ŞƏRH

Fransa dövləti ona çevrilmiş silahı Azərbaycana qarşı istifadə edə bilməyəcək ŞƏRH backend

Fransa tərəfındən Azərbaycana qarşı həyata keçirilən qərəzli siyasət və formalaşdırılan antaqanist mövqe "ölməkdə olan imperiyanın son diplomatik hücumlar"ına bənzəyir. Müasir dünyada sosial, iqtisadi və hərbi qüdrətindən asılı olmayaraq beynəlxalq münasibətlərin aktoru olan hər bir dövlət qlobal səviyyədə baş verən proseslərə rasional reaksiya verməlidir. Əks halda yersiz və məntiqsiz davranışlar daha çox riyakarlıq, ikiüzlülük və situativ xarakterli neqativ emosiyalar yığınağına bənzəyir və ikitərəfli əlaqələri getdikcə gərginləşdirir.

QAZÌLER.AZ  bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra nədənsə Fransa dövlətinin siyasi istablişmenti, xüsusilə prezident komandası və xarici siyasət bloku Azərbaycana qarşı məqsədi puç olan hücuma keçməyi özünə borc bildi.

Ölkəmizə qarşı bütün mənfi təbliğat fəaliyyətlərinə baxmayaraq, Fransanın müxtəlif əyalət və şəhərlərində “Qarabağın "statusu"nu tanımağı təzyiq kimi istifadə etmək istəyən siyasətçilərin niyyətləri puç oldu. İstəklərinin reallaşmamasının acizliyini öz imicinə yaraşdırmayan Fransa siyasətçiləri yenə irəli gedərək Azərbaycanı işğalçı adlandırdılar, Laçın dəhlizinə yürüş etdilər və sonda "binokl diplomatiyası"nın üzvləri oldular ki, bunlar da heç biri müsbət nəticə vermədi. Ən son addım kimi isə Fransa birtərəfli qaydada Ermənistanı silahlandırmağa və başqa dövlətləri də buna sövq etməyə başladı. Bütün fəaliyyətlərin əksinə olaraq isə 4 Azərbaycan kəndi boşaldıldı. Hətta aprelin 5-də keçirilən Brüssel görüşü belə Fransanın bölgədə Azərbaycana təzyiq etməklə niyyətlərinə nail olmasına kömək edə bilmədi.

Bütün bunlar azmış kimi Macarıstan Avropa ittifaqı (Aİ) Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardıma da veto qoydu. Bununla da Fransanın başlatdığı "səlib" yürüş"ü Azərbaycanın müttəfiqləri ilə səmimi və qarşılıqlı etimada əsaslanan münasibəti nəticəsində səmərə vermədi.

Politoloqun sözlərinə görə, bütün proseslərin fonunda Fransa ciddi cəhdlə dünya ictimaiyyətini Korsikada və Yeni Kaledoniyada baş verən hadisələrdən uzaq tutmağa çalışır. Ölkədə kənd təsərrüfatı işçilərinin üsyan etməsi, "sarı jiletlilər"in həbsi və ya Sakit okeanda itirdiyi milyard dollarlıq layihəsi kimi faktlar Fransa diplomatiyasının başdan-başa çat verdiyini deməyə əsas verir.

İndi isə Fransa bir addım da irəli gedərək "Don Kixot"misalı yel dəyirmanlarına qarşı mübarizə formasını seçib. Belə ki, Paris noyabrda Bakıda keçirilməsi nəzərdə tutulan COP29 tədbirini boykot etməyə cəhd edir.

Bütün Afrikanın Fransaya qarşı çıxdığı bir anda hətta Yay Olimpiya Oyunlarının ciddi təhlükə anında olduğu bir zamanda Fransanın belə bir addım atmasını ancaq və ancaq komatoz vəziyyətdəki xəstənin son çırpıntıları kimi qiymətləndirmək olar.

Azərbaycan Qalib dövlət olduğu halda, Qərblə Şərq arasında transformasiya məkanına çevrildiyi bir zamanda, Şimal və Cənub dəhlizlərinin mərkəzi və Qoşulmama Hərəkatının lideri kimi ölkəmizi bu prosesdən kənarlaşdırmaq olduqca çətin məsələdir. Bütün dünya liderlərinin dəvət üçün Azərbaycandan təklif gözlədiyi bir zamanda Fransanın bu addımı yalnız gülüş doğurur.

"Fransa dövləti ona çevrilmiş silahı Azərbaycana qarşı istifadə edə bilməyəcək.

Regional qüvvələr, dünya gücləri və müsəman dünyası bu tədbirin Bakıda keçirilməsindən olduqca məmnunluq hissi keçirirlər. Fransanın öz patronajı Ermənistan belə bu məsələdə Azərbaycanın xeyrinə qərar verdi.

Görünən odur ki, Fransa diplomatiyası ağır böhran içərisindədir. Bu böhrandan çıxmaq üçün isə kənarda günahkarlar axtarışı Fransanın müstəmləməkə siyasətindən, insan hüquqları, demokratiya və humanizm prinsiplərinin əzilməsindən keçir. Bu isə qloballaşan dünyada multikultural, çox konfessiyalı və sivilizasiyalararası əməkdaşlığa əsaslanan cəmiyyəti inkişaf etdirən Azərbaycanda mümükün olmayacaq. İndidən Fransanın məğlub simasının portreti hazırdır",-deyə A.Əliyev vurğulayıb.

Diaspora