“Azərbaycan-Ermənistan sərhədində sərhədlərin delimitasiyası və demarkasiyası gedir, bu müsbət prosesdir”.
Qaziler.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin keçmiş mətbuat katibi, politoloq Tofiq Abbasov “NEWS.ru”ya açıqlamasında deyib.
Onun sözlərinə görə, tərəflər ilkin olaraq rəsmi Bakının təklif etdiyi kimi, vasitəçisiz sərhədlər qururlar.
“İndi biz sərhədlərin delimitasiyası və demarkasiyası planının həyata keçirilməsi üçün birgə tədbirlər görürük, bu istiqamətdə irəliləyişlər var. Onlar çox həvəsləndirici, faydalıdır və uyğun şəkildə davam etdirilməyi tələb edir. Bu halda Bakının vasitəçisiz qarşılıqlı əlaqənin zəruri olduğunu bildirən yanaşması həyata keçirilir”, - Abbasov bildirib.
Politoloq qeyd edib ki, sərhədçilərin nəzarətinə keçən kəndlər yarımeklavlardır. Ekspert əlavə edib ki, eksklavda yerləşən daha dörd kənd Azərbaycana qaytarılmalıdır. O, bu kəndlərin də tezliklə Azərbaycana qaytarılacağına əmin olduğunu qeyd edib.
QAZİLER.AZ