Paşinyan Azərbaycanla delimitasiyanın həyata keçirildiyi xəritəni göstərdi

Paşinyan Azərbaycanla delimitasiyanın həyata keçirildiyi xəritəni göstərdi backend

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı Azərbaycanla sərhədin delimitasiyası prosesinin həyata keçirildiyi xəritəni göstərib.

“Report” bu barədə “Sputnik-Armeniya”ya istinadən xəbər verir.

N.Paşinyan deyib ki, Tavuşda ərazilərin güzəştə gedildiyi barədə ittihamları qəbuledilməz və məntiqsiz hesab edir, çünki mövcud dövlət sərhədi de-yure bərpa olunur:

“Bunu uğur hesab edərdim, çünki Ermənistan tarixində ilk dəfə danışıqlar yolu ilə sərhədi formalaşdırır, suverenliyin, dövlətçiliyin və gələcək inkişafın əsasını qoyur”.

Onun sözlərinə görə, Ermənistan 1991-ci ildə Alma-Ata Bəyannaməsinə qoşulmaqla Sovet Ermənistanının sərhədləri daxilində müstəqil ölkəyə çevrildiyini bir daha təsdiqləyib:

“1991-ci ildə Ermənistan və Azərbaycan SSR arasında de-yure sərhədlər mövcud idi. Biz de-yure bu sərhədin bütün əsaslarını qaldırdıq, yoxladıq və sərhədin torpaq üzərindəki yerini müəyyən etdik”.

Baş nazir bildirib ki, hökumətin hazırkı qərarları hüquqi cəhətdən, o cümlədən dövlət qurumları tərəfindən əsaslandırılıb.

Diaspora