Macarıstan Azərbaycan-Avropa İttifaqı (Aİ) “yaşıl enerji” dəhlizinə böyük əhəmiyyət verir.
Bu barədə “Report”a açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma bildirib.
“Yaşıl dəhliz” yeni nailiyyətdir. Bu, Cənubi Qafqazı və Avropanı birləşdirir və buna görə də həm Azərbaycana, həm də Macarıstana fayda verir”, - o deyib.
Səfirin sözlərinə görə, hazırda bir çox Avropa ölkələrinin əsas məqsədi enerji sektorunun şaxələndirilməsi, həmçinin davamlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verməkdir:
“Bu mənada “yaşıl enerji” dəhlizi bütün bu məqsədlərə nail olmağa kömək edəcək”.