İran Prezidentinin həlak olması ilə bağlı Bakıdakı səfirliyində matəm kitabı açılacaq

İran Prezidentinin həlak olması ilə bağlı Bakıdakı səfirliyində matəm kitabı açılacaq backend

İran Prezidenti və bir sıra dövlət rəsmilərinin həlak olması ilə bağlı mayın 22-dən etibarən adı çəkilən ölkənin Bakıdakı Səfirliyində matəm kitabı açılacaq.

Bu barədə APA-ya səfirlikdən məlumat verilib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter ötən axşam qəzaya uğrayıb.

Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmirabdullahian da daxil olmaqla, helikopterdəki sərnişinlərin hamısı həlak olub.

Diaspora